Safarli Sports Law
← Ana səhifə

Hüquqi Məlumat

Məhəmməd Səfərli, LL.M.
Bakı, Azərbaycan / Münhen, Almaniya

Hazırkı sayt idman hüququ sahəsində maarifləndirmə, həmçinin Məhəmməd Səfərlinin peşəkar fəaliyyəti barədə məlumatlandırma məqsədilə yaradılmışdır. Bu saytın operatoru və saytın məzmununa görə məsul olan şəxs: Məhəmməd Səfərli.

Məhəmməd Səfərli Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür (2805-VK). Məhəmməd Səfərli hazırda Almaniyada yaşayır və fəaliyyət göstərir, lakin Almaniya Federativ Respublikasının Vəkillər Kollegiyasının üzvü deyildir və şəxsləri Almaniya dövlət məhkəmələri qarşısında təmsil etmək və ya Almaniya hüququ ilə bağlı hüquqi məsləhət vermək səlahiyyəti yoxdur. Onun Almaniyadakı fəaliyyəti sırf beynəlxalq idman hüququ, arbitraj və elektron idman növlərinin hüquqi tənzimlənməsi sahələrini əhatə edir.