Mən, Məhəmməd Səfərli, beynəlxalq idman hüququ və arbitraj sahəsində ixtisaslaşmış hüquqşünasam. Peşəkar fəaliyyətimin böyük əksəriyyətini beynəlxalq və yerli idman federasiyalarının, idmançıların və idman klublarının arbitraj orqanlarında (CAS, BAT, FIFA, EBDRC və s.), həmçinin milli və beynəlxalq federasiyaların nəzdindəki hüquq tətbiqedici orqanlarda təmsil edilməsi təşkil edir. Xüsusilə, antidopinq prosesləri, idmançılar və klublar arasındakı əmək və mülki mübahisələr, idmançı transferi məsələləri, yerli və beynəlxalq federasiyaların hüquqi-tənzimetmə strukturlarının müasirləşdirilməsi və yenilənməsi, həmçinin idman agentlərinə hüquqi dəstəyin göstərilməsi ilə daimi məşğul oluram.
Haqqımda daha ətraflı →İdmanın hüquqi tənzimlənməsi sahəsində çoxillik təcrübə
İdman Arbitraj Məhkəməsi (CAS), Basketbol Arbitraj Tribunalı (BAT), Avroliqa Basketbol Mübahisələrin Həlli Palatası (EBDRC), FIFA Futbol Tribunalı və bir çox digər arbitraj institutları və beynəlxalq federasiyaların hüquq orqanlarında, habelə yerli federasiyaların hüquq orqanlarında (AFFA Oyunçuların Statusu və Transferi Komitəsi, AFFA Apelyasiya Arbitraj Tribunalı və s.) təmsilçilik. İdmançıların, klubların və həmçinin federasiyaların müqavilə mübahisələri, intizam prosedurları (antidopinq və s.) və eligibility işləri üzrə illərlə qazanılmış təcrübə.
Oyunçu müqavilələri, oyunçu transferi, sponsor, imic hüquqları və idman sahəsində bağlanan bir çox digər müqavilələr zamanı danışıqlarda təmsilçilik, həmçinin müqavilələrin hüquqi ekspertizası və son olaraq imzalanması üçün bütün lazımi hüquqi dəstək xidmətləri üzrə çoxillik təcrübə.
Antidopinq prosedurları zamanı idmançıların həm Azərbaycan Milli Antidopinq Agentliyinin hüquq orqanlarında, həm də çəkişmə mərhələsindən öncəki proseslərdə təmsil edilməsi. Onlarla antidopinq işində beynəlxalq idman federasiyalarının və idmançıların İdman Arbitraj Məhkəməsi (CAS) qarşısında hüquq və maraqlarının qorunması. Antidopinq orqanlarının verdiyi qərarlardan həm yuxarı orqanlara, həm də arbitraj orqanına şikayətlərin təqdim edilməsi üzrə hüquqi dəstək.
Milli və beynəlxalq idman federasiyalarına, idman klublarına və liqalarına tənzimləyici sənədlərin yenilənməsində dəstək, o cümlədən nizamnamələrin, qaydaların və əsasnamələrin hazırlanması və yenilənməsi, onların qüvvədə olan milli qanunvericiliyə, Beynəlxalq Olimpiya Komitəsinin və digər beynəlxalq qurumların tələblərinə və digər səmərəli idarəetmə (good governance) standartlarına uyğunlaşdırılması. Xüsusilə intizam, idmanda təhlükəsizlik (safeguarding) və idmançıların rifahı üzrə qaydaların hazırlanması, habelə idman tədbirlərinin keçirilməsi üzrə FIFA, UEFA və digər beynəlxalq idman qurumlarının qayda və tələblərinə uyğunluğun təmin edilməsi. Federasiyaların mövcud idarəetmə strukturlarının inkişaf etdirilməsi və yenilənməsi üzrə çoxillik təcrübə.
Əməkdaşlıq və sorğular üçün əlaqə saxlaya bilərsiniz.